Tovuzda yeni doğulan körpə ölüb
Tarix: 06-03-2025 18:00 | Bölmə: Xəbərlər
Tovuzda yeni doğulan körpə ölüb

Tovuz rayonunda yeni doğulan körpə ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib:

“2025-ci il martın 5-də saat 17:30 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 sm olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq