Ramazanın 5-ci gününün duası: imsak və iftar vaxtı
Tarix: 04-03-2025 21:36 | Bölmə: Xəbərlər
Ramazanın 5-ci gününün duası: imsak və iftar vaxtı

Sabah Ramazan ayının beşinci günüdür.

Reyting.az
 xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 5-də Bakıda imsak saat 05:43, iftar isə saat 18:51-dədır.

Ramazan ayının 5-ci gününün duası:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"

Allah orucunuzu qəbul etsin!




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq