Rusların Ukraynaya hücumu dayanmır
Tarix: 11-03-2025 13:49 | Bölmə: Xəbərlər
Rusların Ukraynaya hücumu dayanmır

Pokrovsk istiqamətində vəziyyət sabitləşib. Lakin rusların hücumlarının sayı azalsa da, irəliləmək cəhdləri dayandırmır.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Çervona Kalina” briqadasının mətbuat xidmətinin rəhbəri Nikolay Koval bildirib.

Onun sözlərinə görə, rus ordusu Pokrovsk istiqamətində böyük itki verib.

Hərbçi əlavə edib ki, ruslar bir neçə bölməni bir istiqamətə köçürə bilərlər. Lakin bu, ötən il rusların demək olar ki, gecə-gündüz hücum etdiyi kimi deyil. Bu gün ruslar 2-3 nəfərlik kiçik qruplar halında hərəkət edərək daha böyük qruplara toplaşaraq Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə soxulmağa çalışırlar.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznev Rusiyanın yaz-yay hücumuna hazırlaşdığını bəyan edib: “Biz başa düşməliyik ki, düşmən indi ölkəmizin ərazisində növbəti yaz-yay hücumunun əsasını qoyur. Yəqin ki, Putinin öz ambisiyalarından əl çəkməyə hazır olduğuna ümid etməyə dəyməz”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
10-03-2025, 12:04 Lerikdə zəlzələ olub
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq