Bakıda 6 uşaq tonqala düşüb
Tarix: 19-03-2025 11:12 | Bölmə: Xəbərlər
Bakıda 6 uşaq tonqala düşüb

Dünən saat 19:30 radələrindən etibarən Bakının Xətai, Binəqədi, Suraxanı, Sabunçu və Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) 6 müraciət daxil olub.

Reyting.az
xəbər verir ki, bunu TƏBİB-dən bildiriblər.

Qeyd edilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub:

"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb".(APA)




Bölməyə aid digər xəbərlər
17-03-2025, 15:19 Müğənni həbs edilib