08:22 / 21-05-2025
NATO parçalana bilər
Sumqayıtda sexdə yanğın olub
Tarix: 01-04-2025 23:25 | Bölmə: Cəmiyyət
Sumqayıtda sexdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Reyting.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5 000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150 kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq