Rusiyanın hərbi aerodromlarına hücum ediblər
Tarix: 09-04-2025 12:23 | Bölmə: Xəbərlər
Rusiyanın hərbi aerodromlarına hücum ediblər

Bu gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin vilayətləri üzərində Ukraynaya məxsus 164 pilotsuz təyyarə vurub.

Reyting.az
Rusiya Müdafiə Nazirliyinə istinadla bildirir ki, hücum 10 saat davam edib və Moskva vaxtı ilə səhər saat 6-da başa çatıb.

Ən çox pilotsuz təyyarələr Krasnodar (67), Rostov (29), Şimali Osetiya (15), Voronej, Kursk, Belqorod, Penza, Nijni Novqorod, Saratov, Orenburq, Oryol vilayətləri, Stavropol diyarı və ilhaq edilmiş Krım ərazilərində vurulub.

Regionun qubernatoru Yevgeni Solntsev bildirib ki, Orenburq vilayətində pilotsuz təyyarələr hərbi aerodroma hücuma cəhd edib.

“Hər hansı tələfat və dağıntı yoxdur. Xahiş edirəm panikaya düşməyin, vəziyyət nəzarətdədir”, - Y. Solntsev deyib.

“Astra” yerli sakinlərə istinadla qeyd edir ki, Mozdokdakı hücumun hədəfi də hərbi aerodrom olub. Eyni zamanda Rusiyanın strateji bombardmançıları üçün bazanın yerləşdiyi Engels şəhərində partlayışlar baş verib. Penza vilayətində, raket və artilleriya silahlarının arsenalının yerləşdiyi Serdobski rayonu da hücuma məruz qalıb.

Ukrayna pilotsuz təyyarələrinin hücumlarından sonra uçuşların təhlükəsizliyini təmin etmək üçün Vladiqafqaz, Volqoqrad və Qroznı hava limanlarında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər