Ukraynalı uşaqlar Azərbaycana gətirilib
Tarix: 15-04-2025 13:19 | Bölmə: Xəbərlər
Ukraynalı uşaqlar Azərbaycana gətirilib

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev “Facebook” səhifəsində yazıb.

Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.

Eyni zamanda, azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintiyə çıxacaqlar.

Bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.

Səfir Yuri Husyev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.

Səfir qeyd edib ki, bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.




Bölməyə aid digər xəbərlər