15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Ağsuda torpaq sürüşməsi baş verib
Tarix: 17-04-2025 10:57 | Bölmə: Xəbərlər
Ağsuda  torpaq sürüşməsi baş verib

Ağsu rayonunda torpaq sürüşməsi baş verib.

Məlumata görə, son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb.

İlkin məlumatlara əsasən, torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti çətinləşib.

Hazırda avtomobillər həmin ərazidən növbə ilə hərəkət edirlər(Report).




Bölməyə aid digər xəbərlər