15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib
Tarix: 17-04-2025 22:52 | Bölmə: Xəbərlər
Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib

Ukrayna prezidenti Vladimir Zelenski Çini Rusiya ordusuna silah verməkdə ittiham edib.

Reyting.az
xəbər verir ki, "İnterfaks-Ukrayna" V. Zelenskidən sitat da gətirib.

Ukraynanın dövlət başçısı məsələyə belə münasibət bildirib:

"Nəhayət məlumat aldıq ki, Çin də Rusiya Federasiyasına silah tədarük edir. Bu gün Ukrayna Təhlükəsizlik Xidmətində barıt və artilleriya haqqında ümumi kəşfiyyat məlumatları var. Düşünürəm ki, biz gələn həftə bu barədə ətraflı danışa biləcəyik".

Zelenski əlavə edib ki, Kiyevin fikrincə, Çinin nümayəndələri Rusiyanın ərazisində də silah istehsalı ilə məşğul ola bilərlər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər