15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Daha üç itkin şəhid dəfn olunacaq - Foto
Tarix: 17-04-2025 12:30 | Bölmə: Xəbərlər
Daha üç itkin şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hər üçü hərbçidir: Mübariz Sabəddin oğlu Hüseynov, Ələsgər Fərzalı oğlu Mirzəliyev və Münasib Namaz oğlu Mehdiyev.

M. Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə. Mirzəliyev Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M. Mehdiyev isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.





Bölməyə aid digər xəbərlər