Dovşan mühərrikin alışmasına səbəb olub
Tarix: 17-04-2025 08:45 | Bölmə: Xəbərlər
Dovşan mühərrikin alışmasına səbəb olub

ABŞ-nın Denver şəhərindən Kanadaya uçan “Boeing 737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrikdə baş verən yanğın səbəbindən təcili eniş edib.

Reyting.az
xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, uçuşdan əvvəl göyərtəsində 159 sərnişinin olduğu və Edmontona uçan təyyarənin mühərrikinə hansı yollasa dovşan giribmiş. Yaranmış vəziyyətə görə təyyarə hava limanına qayıtmalı olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər