13:01 / 16-04-2025
Sabah yağış yağacaq
08:47 / 16-04-2025
Bayden Trampı tənqid edib
Bakıda güclü külək əsir, leysan yağır
Tarix: 16-04-2025 06:30 | Bölmə: Xəbərlər
Bakıda güclü külək əsir, leysan yağır

Aprelin 16-sı saat 6:00-a olan məlumata əsasən, Azərbaycan ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysana keçib və bəzi ərazilərdə şimşək çaxır.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına görə, Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66 faizini təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağış yağır.

Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.




Bölməyə aid digər xəbərlər