ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayır
Tarix: 16-04-2025 00:04 | Bölmə: Xəbərlər
ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayır

ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə qoşunlarını iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanacağı barədə məlumat verib.

Reyting.az
bildirir ki, bu barədə “Ynet” məlumat paylaşıb.

Məlumata görə, İsrailin Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq göstərmək cəhdləri uğurlu olmayıb.

BBC yazır ki, 2024-cü ilin dekabrında Pentaqon Suriyada 2000-ə yaxın Amerika əsgərinin olduğunu bildirib.

Onu da qeyd edək ki, Donald Tramp Ağ evə qayıtdıqdan sonra planlaşdırılmış qoşunların Suriyadan çıxarılması təəccüb doğurmamalıdır. Çünki ABŞ prezidenti uzun müddətdir ki, administrasiyasının təcrid doktrinasına uyğun olaraq Amerika qoşunlarını regiondan çıxaracağına söz verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər