15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
2,5 milyard insanın internetə çıxışı yoxdur
Tarix: 18-04-2025 01:05 | Bölmə: Xəbərlər
2,5 milyard insanın internetə çıxışı yoxdur

Milyarder Maskın “SpaceX” şirkətinin peyk internet şəbəkəsi "Starlink", Direct to Cell peykləri ilə smartfonları peyk şəbəkəsinə qoşmağa hazırlaşır.

Reyting.az
xəbər verir ki, "Starlink"in saytında yer alan məlumata görə, anten sensoru aşağı olduğu üçün cib telefonlarının yüzlərlə kilometr uzaqlıqdakı peyklərə qoşulması çox çətindir.

Bu çətinliklərin öhdəsindən gəlmək və cib telefonlarına standart LTE xidməti göstərmək üçün "Starlink" peykləri innovativ yeni xüsusi silikon, mərhələli massiv antenalar və qabaqcıl proqram alqoritmləri ilə təchiz edilib.

Açıqlamada mesajlaşma xidmətinin bu il başladığı, səsli zənglər, data və əşyaların interneti kimi xidmətlərin isə 2025-ci ildə istifadəyə veriləcəyi bildirilib.

Qeyd edək ki, İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanan "Starlink" dünyanın hər nöqtəsinə yüksək sürətli internetə çıxışı təmin etmək üçün orbitə buraxılan minlərlə kiçik peykdən ibarət şəbəkə sistemi kimi işləyir. Layihənin məqsədi xüsusilə kənd və ucqar ərazilərdə internetə çıxışın yaxşılaşdırılmasıdır.

Digər tərəfdən, "We Are Social"ın 2024-cü il hesabatına görə, dünya əhalisi 8 milyarda çatarkən, 2,5 milyard insanın internetə çıxışı yoxdur. Asiya və Afrika ölkələri internetə ən az çıxış əldə edən regionlar kimi seçilir.

İnternetə ən az çıxışı olan ölkələr siyahısına görə, əhalisinin 48 faizinin internetə çıxışı olmayan 684 milyon insanla Hindistan birinci, Çin isə 336 milyon insanla ikinci yerdədir.

132 milyon insanın internetə daxil ola bilmədiyi Pakistan 3-cü, 123 milyon insanın giriş problemi yaşadığı Nigeriya isə 4-cü yerdə qərarlaşıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər