15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Mirşahin Ağayevin qardaşı saxlanılıb
Tarix: 17-04-2025 14:44 | Bölmə: Xəbərlər
Mirşahin Ağayevin qardaşı saxlanılıb

Real TV-nin direktoru Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, o, dələduzluqda ittiham olunur.

Yaxınlarının verdiyi məlumata görə, M.Ağayev mart ayında atasının yas mərasimi zamanı saxlanılıb:

“Məhkəmə davam edirdi, lakin o, azadlqıda idi”.

M.Ağayev həkim olduğu üçün əvvəllər əlillik pensiyası alan, lakin sonradan imtina cavabı verilən şəxslərə müəyyən ödəniş müqabilində əlilliyi bərpa edəcəyinə söz verib:

“O, hətta kömək edəcəyinə söz verərək, qohumundan pul alıb, lakin aldığı pulu öz müalicəsinə xərcləyib”.

Ağayev Kürdəxanıda, Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər