13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
"Twitter"-ə rəqib sosial şəbəkə yaradırlar
Tarix: 16-04-2025 10:36 | Bölmə: Xəbərlər
"Twitter"-ə rəqib sosial şəbəkə yaradırlar

"OpenAI" yaradıcıları "Twitter" (X) əsasında öz sosial şəbəkəsini yaratmaq üzərində işləyirlər.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "The Verge" nəşri etibarlı mənbələrə istinadla yayıb.

Planlarını hələlik açıqlamağa tələsməyən "ChatGPT"-nin tərtibatçısı bildirib ki, “OpenAI" çox yaxın vaxtlarda "Twitter"-ə bənzəyən sosial şəbəkəsini təhvil vermək verəcək.

Bildirilir ki, layihə ilkin mərhələdədir, lakin əsas daxili prototip artıq mövcuddur.

"OpenAI"-nin baş direktoru Sam Altman da özəl olaraq artıq kənar şəxslərdən layihə ilə bağlı rəy soruşub.

Sosial şəbəkənin ayrıca proqram şəklində buraxılacağı və yaxud da "ChatGPT"-ə inteqrasiya ediləcəyi hələlik bəlli deyil.

Məlumata görə, yeni sosial şəbəkə "OpenAI"-a real vaxt rejimində də öz məlumatlarını toplamağa imkan verəcək ki, bu da ona çox asanlıqla "ChatGPT"-ni öyrətməyə imkan yaradacaq.

Nəşr qeyd edir ki, "Meta" və "Facebook" məzmununda "LLaMA" təlim modeli, eyni zamanda "Grok"-u "X" sosial şəbəkəsinə inteqrasiya edən İlon Mask da artıq bunu etməyə başlayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər