Qadını şantaj edən 26 yaşlı şəxs tutulub
Tarix: 25-04-2025 10:28 | Bölmə: Cəmiyyət
Qadını şantaj edən 26 yaşlı şəxs tutulub

Paytaxt sakini olan bir qadından sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 800 manat alan şəxs saxlanılıb.

Reyting.az
xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 26 yaşlı T.Məmmədli tutulub.

Fakta bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb