Kommunistlər Bakıda 1 May gəzintisinə çıxıblar - Fotolar
Tarix: 01-05-2025 16:21 | Bölmə: Cəmiyyət
Kommunistlər Bakıda 1 May gəzintisinə çıxıblar

Bu gün Bakı kommunistləri sol vətənpərvər qüvvələri ilə birlikdə 1 May - Dünya Zəhmətkeşlərinin Həmrəylik Günü münasibətilə şəhər gəzintisi təşkil ediblər.

Reyting.az
xəbər verir ki, gəzintisi Bakının Nizami rayonundakı Azad Fəhlə heykəli önündən başlayıb.

"İctimai tərəqqiyə çalışan qüvvələrin nümayəndələri əvvəlcə zəhmətkeşlərin həmrəylik və birlik rəmzi olan Azad Fəhlə heykəli önünə gül dəstələri və qərənfillər düzüblər", - gəzintidə iştirak edən Ədalət Abdinov bildirib.

Bakının tarixi məkanları şəhərin zəngin keçmişini və mədəniyyətini yaşatmaqla yanaşı, həm də əlamətdar günlərin unudulmaz şahidləridir. Onları ziyarət etmək ölkəmizdə ötən əsrin əvvəllərindən başlamış 1 May ovqatına, ruhuna yaxınlaşmaq üçün ən yaxşı yoldur.

Kommunistlər Azərbaycanın digər bölgələrində də may gəzintisi təşkil ediblər.




V. QULİYEV




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq