Sumqayıtda kürəkən qayınatasını öldürüb
Tarix: 12-07-2025 11:11 | Bölmə: Xəbərlər
Sumqayıtda kürəkən qayınatasını öldürüb

Sumqayıtda ölüm işiylə bağlı cinayət işi açılıb.

Sumqayıt şəhər Prokurorluğundan Mia.az-a bildirilib ki, iyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Arif Bağıyev Nurulla Mərdanovun qayınatasını olub.




Bölməyə aid digər xəbərlər