13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Rusiya üzərində 74 PUA vurulub
Tarix: 21-07-2025 09:56 | Bölmə: Dünya
Rusiya üzərində 74 PUA vurulub

Gecə saatlarında Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ölkə üzərində Ukraynaya məxsus 74 pilotsuz uçuş aparatını (PUA) vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 20-si Moskva vaxtı ilə saat 23:20-dən iyulun 21-i Moskva vaxtı ilə saat 07:00-a qədər olan müddətdə Ukraynanın 74 PUA-sı zərərsizləşdirilib.

PUA-lar Moskva, Rostov, Bryansk, Kaluqa, Tula və Lipetsk vilayətləri üzərində vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər