Fələstinin Avropa İttifaqından umacağı var
Tarix: 16-07-2025 08:25 | Bölmə: Xəbərlər
Fələstinin Avropa İttifaqından umacağı var

Fələstin rəsmiləri Avropa İttifaqını (Aİ) Qəzza zolağında atəşkəsə nail olmaq üçün səyləri artırmağa çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.

Belə bir çağırışı Fələstinin Xarici işlər və ekspatriantlar üzrə dövlət naziri Aİ və Aİ Cənub qonşuluq nazirlərinin Brüsseldə keçirilən görüşündə edib.

Fələstin rəsmisi Aİ-ni əhaliyə humanitar yardımın fasiləsiz olaraq çatdırılmasını təmin etmək üçün səylərini artırmağa çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər