18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 24-07-2025 13:58 | Bölmə: Gündəm
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, bu dəfə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülüb.

Xatırladaq ki, bununla, ümumilikdə 420 nəfərdən ibarət 119 ailə doğma kəndində dövlət tərəfindən pulsuz evlə təmin edilib.

***

Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Reyting.az
xəbər verir ki, doğma yurdlarına köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




Bölməyə aid digər xəbərlər