18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Rusiyanın hərbi-sənaye kompleksləri vurulub
Tarix: 25-07-2025 10:52 | Bölmə: Xəbərlər
Rusiyanın hərbi-sənaye kompleksləri vurulub

Ukrayna dronları gecə saatlarında Rusiyanın bir neçə bölgəsinə kütləvi hücum edib, iki mühüm hərbi-sənaye kompleksi zavodu vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

“Ruslar Stavropol diyarının Nevinnomıssk şəhərində baş verən partlayışlardan şikayətlənir, onlarla hücumun baş verdiyini bildirirlər. Oradakı hücumun hədəfinin “Azot” kimya zavodu olduğu iddia edilib”,- deyə qeyd olunur.

Zavod son iki ayda ikinci dəfə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Obyekt iyun ayında hücumdan sonra fəaliyyətini dayandırmışdı.

Bundan əlavə, Tambov vilayətində partlayış səsləri eşidilib, Kotovskda barıt zavoduna hücum barədə məlumatlar yayılıb. Daha sonra zavodun ərazisində tüstülənmənin videoları yayımlanıb. Eyni zamanda, hücumla bağlı rəsmi məlumat yoxdur.

Krasnodar diyarına da pilotsuz təyyarə hücumu barədə məlumatlar yayılıb. Timaşevskdə PUA-nın dağıntıları dəmiryol vağzalının ərazisinə düşüb, nəticədə ərazi elektrik təchizatından məhrum olub.

Bundan əlavə, Rostov vilayətində yerli sakinlər Taqanroq və Novoçerkasskda çoxsaylı partlayışlar barədə yazıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər