18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Qarabağda yenidən güclü yanğınlar başlayıb - (Yenilənib)
Tarix: 25-07-2025 21:34 | Bölmə: Slayd
Qarabağda yenidən güclü yanğınlar başlayıb - (Yenilənib)

Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğınlar başlayıb

Reyting.az
bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məlumata görə, yanğın Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Reyting.az-ın yerli sakinlərdən aldığı məlumata görə, bir neçə gün əvvəl Füzuli rayonunun Qacar kəndi istiqamətində başlayan və təbiətə ciddi ziyan vuran yanğın qonşu Xocavənd rayonunun ərazilərində davam edir.

Əlavə məlumat veriləcək.

***

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

***

Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.

Məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazilriyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.

İlkin olaraq 80 nəfər şəxsi heyətin cəlb olunduğu ərazidə hava şəraitinin küləkli olması yanğının söndürülməsini çətinləşdirib. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib.

Bundan başqa, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarında yanğın başlayıb. Sözügedən ərəraziyə də FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər