18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
İki ölkə 50 illik müdafiə müqaviləsi imzalayıb
Tarix: 25-07-2025 13:49 | Bölmə: Dünya
İki ölkə 50 illik müdafiə müqaviləsi imzalayıb

Böyük Britaniya və Avstraliya AUKUS təhlükəsizlik paktının bir hissəsi olaraq 50 illik ikitərəfli müqavilə imzalayaraq müdafiə sahəsində əməkdaşlığı genişləndirir.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, yeni sənədin Britaniyada on minlərlə iş yerinin yaradılması və Londona 20 milyard funt-sterlinqə qədər (təxminən 27,1 milyard dollar) ixracat təmin edəcəyi gözlənilir.

Müqavilə Britaniya Müdafiə və xarici işlər nazirlərinin Avstraliyaya səfəri zamanı imzalanıb. Hər iki ölkənin liderləri Avstraliyanın şimalında əsas hərbi şəhər olan və hazırda böyük təlimin keçirildiyi Darvinə səfər ediblər.

Müdafiə naziri Con Gilliam deyib:

“AUKUS iqtisadi artıma təkan verməklə qlobal təhlükəsizliyi gücləndirən Böyük Britaniyanın ən mühüm müdafiə tərəfdaşlıqlarından biridir”.

Onun sözlərinə görə, zirvədə olan AUKUS proqramı Böyük Britaniyada 21,000-dən çox insanı işlə təmin edəcək.

Qeyd edək ki, Britaniya “Soyuq müharibə”dən bəri ən böyük müdafiə təşəbbüsünü elan edib. Yeni təhlükəsizlik strategiyasının bir hissəsi olaraq, hökumət hər 18 aydan bir nüvə hücumu həyata keçirən sualtı qayıq yaratmağı öhdəsinə götürür.

Ölkədə 12 yeni SSN-AUKUS sinifli sualtı qayığın inşası gözlənilir ki, bu da tədricən hazırkı “Astute” sinifli qayıqları əvəz edəcək. Daha 4 yeni “Dreadnought” sualtı qayığı nüvə qarşısının alınmasına cavabdeh olan “Vanguard” donanmasını əvəz edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər