18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
"Qobu Park-2"də əyilən binalar daha bir problem yaradıb
Tarix: 25-07-2025 14:20 | Bölmə: Cəmiyyət
"Qobu Park-2"də əyilən binalar daha bir problem yaradıb

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park-2" yaşayış kompleksində binaların altına dolan qrunt sularının qarşısını almaq üçün istifadə edilən beton növbəti dəfə avtomobil yolunu sıradan çıxarıb.

Oxu.Az-a danışan sakinlərin sözlərinə görə, bir müddət əvvəl qrunt sularının təsirindən əyilən binaların stabilliyini bərpa etmək üçün onların altına xüsusi beton vurulub.

Beton çatları doldurmaq və konstruksiyaları sabitləşdirmək üçün istifadə edilsə də, zamanla normadan artıq şişərək yaşayış kompleksinin yaxınlığındakı avtomobil yolunun səthini deformasiyaya uğradıb. Nəticədə isə yol sıradan çıxıb. Yolların isə sıradan çıxması sakinlərə çətinlik yaradıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"