18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Məşğulluq Agentliyi anbar icarəyə götürüb – Ayı 106 min manata
Tarix: 25-07-2025 16:19 | Bölmə: İqtisadiyyat
Məşğulluq Agentliyi anbar icarəyə götürüb – Ayı 106 min manata

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Abşeron Express” MMC (VÖEN - 1101627341) olub.

Məlumata görə, “Abşeron Express” MMC Məşğulluq Agentliyi üçün anbar sahəsi icarəyə verəcək.

İcarəyə götürüləcək anbarın ümumi sahəsi 14 000 kv. metr olacaq və bunun üçün “Abşeron Express” MMC-yə 18 aylıq icarə haqqı olaraq 1 milyon 917 min 719 manat 24 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, Agentlik icarəyə götürdüyü ofis sahəsinə hər ay 106 min 540 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Abşeron Express” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lölbatan ŞTQ, Xocahəsən, ev 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Çingiz Aydın oğludur(yeniavaz).




Bölməyə aid digər xəbərlər