Fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb
Tarix: 02-08-2025 19:34 | Bölmə: Xəbərlər
Fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb

Biləsüvar sakini Bakıda işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb

Reyting.az
“Teleqraf”-a istinadla xəbər verir ki, rayonun Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vüqar Əligüşad oğlu Abşeron rayonunun Xırdalan şəhərində çalışdığı çoxmərtəbəli binada işləyərkən yıxılıb.

Ağır xəsarətlər alan V. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Vüqar Cəfərov tikinti sahəsində fəhləliklə məşğul olurmuş. O, 5 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
30-07-2025, 22:34 “Qarabağ” qalib gəlib