Sabirabadda yaşlı kişi azyaşlıya qarşı əxlaqsızlıq edib 
Tarix: 02-08-2025 18:04 | Bölmə: Xəbərlər
Sabirabadda yaşlı kişi azyaşlıya qarşı əxlaqsızlıq edib 

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Reyting.az-a bildirilib ki, sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M. Hüseynovun olduğu müəyyən edilib:

"Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür. Bu cür əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır. Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək".




Bölməyə aid digər xəbərlər
30-07-2025, 22:34 “Qarabağ” qalib gəlib