Yaponiyada günvurmadan 18 nəfər dünyasını dəyişib
Tarix: 05-08-2025 16:25 | Bölmə: Dünya
Yaponiyada günvurmadan 18 nəfər dünyasını dəyişib

İyulun 28-dən avqustun 3-dək Yaponiyada başlayan istilər səbəbindən 9,5 mindən çox insan günvurma diaqnozu ilə təcili xəstəxanalara aparılıb, onlardan 18-i dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə Yaponiyada təcili yardım funksiyasını yerinə yetirən Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Məlumata görə, günvurmadan əziyyət çəkənlərin 58 faizi 65 yaşdan yuxarı insanlardır.

Xatırladaq ki, iyun ayından Yaponiyada həddindən artıq isti hava hökm sürür. İsesaki şəhərində avqustun 5-də kölgədə 41,8 dərəcə isti qeydə alınıb. Bu, 19-cu əsrin ikinci yarısından başlayaraq ölkədə hava şəraiti ilə bağlı aparılan elmi müşahidələrin bütün dövrü üçün mütləq rekorddur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər