18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
Alyaska sammitində Lavrov da iştirak edəcək
Tarix: 13-08-2025 14:02 | Bölmə: Dünya
Alyaska sammitində Lavrov da iştirak edəcək

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov avqustun 15-də Alyaskada keçiriləcək Rusiya-Amerika sammitində iştirak edəcək.

Reyting.az
-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini Aleksey Fadeyev Sergey Lavrovun cümə günü Alyaskada keçirilməsi planlaşdırılan tədbirdə iştirakını təsdiqləyib.

Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş avqustun 15-də Alyaskanın Ankoric şəhərinin şimal kənarındakı Elmendorf-Rişardson hərbi bazasında planlaşdırılır. Söhbətin əsas məqsədi Ukrayna münaqişəsinə son qoymağın yollarını tapmaq olacaq.

A. Fadeyev qeyd edib ki, görüş onlara "Ukrayna böhranından tutmuş normal, funksional ikitərəfli dialoqun qurulmasına maneələrə qədər" yığılmış bütün məsələləri müzakirə etməyə imkan verəcək.

Onu da qeyd edək ki, bu, Putin və Trampın son 6 ildə ilk görüş olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər