Orban: Zelenskinin təhdidləri cəzasız qalmayacaq!
Tarix: 26-08-2025 08:19 | Bölmə: Dünya / Xəbərlər
Orban: Zelenskinin təhdidləri cəzasız qalmayacaq!

“Ukrayna lideri Vladimir Zelenskinin Macarıstana qarşı təhdidləri cəzasız qalmayacaq”.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Zelenski Macarıstanı açıq təhdid etdi. O, etiraf etdi ki, “Drujba” kəmərinə hücum edirlər, çünki biz onların Avropa İttifaqına daxil olmasını dəstəkləmirik. Bu, macarların düzgün qərar qəbul etdiyini bir daha sübuta yetirir”,- V. Orban əlavə edib.

Macarıstanın baş naziri qeyd edib ki, təhdid və şantaj Avropa İttifaqına üzvlük əldə etməyəcək və Zelenskinin sözləri “nəticəsiz qalmayacaq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub