12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
Ukrayna bir milyondan çox artilleriya mərmisi alıb
Tarix: 26-08-2025 11:42 | Bölmə: Xəbərlər
Ukrayna bir milyondan çox artilleriya mərmisi alıb

Çexiyanın sursat tədarükü təşəbbüsü çərçivəsində artıq bir milyondan çox artilleriya mərmisi Ukraynaya ötürülüb.

Reyting.az
xəbər verir ki, bunu Çexiyanın Xarici işlər naziri Yan Lipavski deyib.

Çexiyalı nazir əlavə edib ki, ilin sonuna kimi təşəbbüsdə iştirak edən 16 ölkə ümumilikdə 1,8 milyon mərmi tədarük etməyi planlaşdırır.

“Sursat tədarükü təşəbbüsümüz sayəsində biz döyüş meydanında Rusiya artilleriyasının üstünlüyünü beş dəfə azaltmağa və Ukrayna cəbhə xəttini saxlamağa kömək edə bildik”, - Lipavski qeyd edib.

Çexiyalı nazir payızda keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə bu təşəbbüsdən əl çəkəcəyini vəd edən keçmiş baş nazir və müxalifət hərəkatının lideri Andrey Babişin bəyanatını şərh edərək, bu proqramın dayandırılmasının “Putin üçün hədiyyə” olacağını bildirib.

Xatırladaq ki, Çexiya dünya bazarlarında alınıb Ukraynaya verilə bilən artilleriya mərmilərinin axtarışı üçün gizli kampaniyaya başlayıb. Bu mərmilər çox vaxt Rusiya Federasiyası ilə mübahisə etmək istəməyən ölkələr tərəfindən satıldığı üçün tədarük mənbələri açıqlanmır. Bu mərmilərin alınması üçün pul Avropa ölkələri tərəfindən birgə yığılır. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiqa bəyan edib ki, Çexiyanın artilleriya mərmilərinin alınması təşəbbüsü çərçivəsində Ukrayna bu ilin sonuna qədər təxminən 1,8 milyon patron almalıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub