İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
Tarix: 15-09-2025 16:09 | Bölmə: Slayd
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik "Dostluq" ordeni ilə təltif edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Dostluq" ordeni ona Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə verilir.

***

Prezident İlham Əliyev sentyabrın 15-də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə "Dostluq" ordenini təqdim edib.

Reyting.az
xəbər verir ki, mükafat qonağa Şuşada dövlət başçısının qəbulunda olarkən verilib.

Prezident Səlim bin Məhəmməd əl-Maliki bu münasibətlə təbrik edib.





Bölməyə aid digər xəbərlər