13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - (Yenilənib) - Fotolar
Tarix: 16-09-2025 13:55 | Bölmə: Slayd
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - (Yenilənib)

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib.

Reyting.az
xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Füzuli Beynəlxalq Hava Limanında Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qarşılayıb.

Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.

***

Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın sentyabrın 16-da rəsmi qarşılanma mərasimi olub.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib.

Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***
Şuşada sentyabrın 16-da İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə təkbətək görüşü olub.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.











Bölməyə aid digər xəbərlər