Zelenski genişmiqyaslı hücumla bağlı bəyanat verib
Tarix: 10-10-2025 12:27 | Bölmə: Dünya
Zelenski genişmiqyaslı hücumla bağlı bəyanat verib

“Rusiya ukraynalıları normal həyatı təmin edən hər şeydən məhrum etmək məqsədi ilə bir gecədə 450-dən çox pilotsuz təyyarə və 30-dan çox raketlə Ukraynaya zərbələr endirib”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezident Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu, “qeyri-qanuni və hesablanmış hücum”dur.

“Hazırda 20-dən çox adamın yaralandığı məlumdur. Təəssüf ki, Zaporojiyadakı hücumda bir uşaq da ölüb”, - Zelenski bildirib.

Ukrayna prezidenti əlavə edib ki, bir çox enerji infrastrukturu obyektlərində təmizləmə işləri aparılır. Kiyevdə isə ekipajlar elektrik və su təchizatının bərpası üzərində işləyirlər:

“Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sumı, Poltava və Odessa vilayətlərində, həmçinin Dneprdə də elektrik enerjisinin kəsildiyi bildirilir. Zaporojiya və Xerson vilayətlərində də bərpa işləri gedir”.

Zelenski vurğulayıb ki, mülki enerji infrastrukturu istilik mövsümü öncəsi Rusiyanın zərbələrinin əsas hədəfidir: “Biz birlikdə insanları bu terrordan qoruya bilərik. Hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında və sanksiyalarda bizə boş sözlər deyil, qətiyyətli addımlar lazımdır - ABŞ, Avropa və G7”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər