Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Tarix: 20-11-2025 14:33 | Bölmə: Xəbərlər
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama

Ötən gün mediada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacağı barədə məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, məlumat sürətlə yayılsa da, bununla bağlı Nazirlər Kabinetinin (NK) hər hansı rəsmi açıqlaması yoxdur.

“Qafqazinfo”-nun məsələ ilə bağlı sorğusuna Nazirlər Kabinetindən bildiriblər ki, mətbuatda yayılan 1 həftəlik tətillə bağlı hazırda müvafiq Qərar yoxdur.

Xatırladaq ki, yayılan məlumatlarda tətilin 2025-ci ilin 29-31 dekabr və 2026-cı ilin 1-4 yanvar tarixlərini əhatə etdiyi bildirilir.




Bölməyə aid digər xəbərlər