Axtarışda olan 228 nəfər saxlanılıb
Tarix: 22-11-2025 09:57 | Bölmə: Xəbərlər
Axtarışda olan 228 nəfər saxlanılıb

Azərbaycanda noyabrın 21 axtarışda olan 228 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a bildiriblər ki, noyabrın 21-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olan 228, o cümlədən borclu şəxs qismində axtarışda olan 190 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər