Şair Arif Buzovnalı vəfat edib
Tarix: 22-11-2025 10:56 | Bölmə: Xəbərlər
Şair Arif Buzovnalı vəfat edib

Şair Arif Buzovnalı (Arif Əliyev) dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı şairin yaxınları veriblər.

Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.

2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər