Röyanın keçmiş həyat yoldaşı vəhşicəsinə döyüldü
Tarix: 14-07-2016 16:47 | Bölmə: Xəbərlər


"Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov vəhşicəsinə döyülüb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Məlumata görə, bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın olub. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar.


Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb. Hadisəni törədən mühafizəçilər saxlanılıblar.Onlar ifadələrində bildiriblər ki, Anarın döyülməsinin səbəbi həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Guya, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Anar sakitləşməyib, əksinə, mühafizəçilərə hücum edib.

Hazırda idarənin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsi istintaq prosesi barədə heç bir rəsmi məlumat verməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də suallardan yayınıb. O, hadisəni dəqiqləşdirmək üçün vaxt istəyib. Lakin dünəndən bu günə qədər edilən çox saylı zənglərdən heç birinə cavab verməyib...

 





Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub