Nazir qızı müttəhimlər kürsüsündə - İttiham
Tarix: 17-09-2019 19:15 | Bölmə: Xəbərlər
Nazir qızı müttəhimlər kürsüsündə

İranda Ruhani hökumətinin sabiq sənaye nazirinin qızı Şəbnəm Nemətzadəyə qarşı ilk məhkəmə iclası keçirilib.

Reyting.az
“Təsnim” agentliyinə istinadla xəbər verir ki, xanım Nemətzadə və Əhməd Rza Ləşgəripur ölkənin iqtisadi təməlini pozmaqda ittiham olunurlar.

Kəşfiyyat Nazirliyinin iddiası ilə həbs edilən Şəbnəm Nemətzadə, Əhməd Reza Ləşkəripur və digər şəxlər də daxil olmaqla, “Sosial Müdafiə İnvestisiya Şirkəti”nin xətti ilə İrana dərman və tibbi ləvazimatlar idxal ediblər.

Məhkəmədə "Atam nazir idi, amma mən iki il işsiz qaldım. Təxminən iki ildir sahibkaram", - deyən Nemətzadə bir sıra cinayətlərlə yanaşı, qanunsuz olaraq narkotik maddə saxlama və narkotik maddə satışında ittiham olunur.

Müttəhimlərin ölkə iqtisadiyyatına vurduğu zərər 850 milyard rial təşkil edir.

Xatırladaq ki, müttəhimin atası Həsən Ruhani və Haşimi Rəfsəncani hökumətində nazir olan Məhəmməd Rza Nemətzadədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}