










Tarix: 12-10-2016 13:00 | Bölmə: Xəbərlər
"Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Qarabağ müharibəsi veteranlarına sosial yardımların göstərilməsi” layihəsi ilə iştirak edib və müsabiqənin qaliblərindən olub.
Reyting.az xəbər verir ki, qurumun mətbuat mərkəzindən birlik.az saytına daxil olan məlumata görə, layihə üzrə tədbir iş qrafikinə uyğun olaraq, 14 oktyabr 2016-cı il tarixində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən Mədəniyyət Evində Qarabağ müharibəsi iştirakçılarına ilkin veteran statusunun alınmasında, sənədlərin hazırlanmasında aidiyyatı orqanlara müraciətlərin olunması istiqamətində sosial xidmətlərin göstərilməsi həyata keçiriləcəkdir.
Bu layihənin həyata keçirilməsində əsas məqsəd, Qarabağ müharibəsi iştirakşılarına sosial xidmət və veteran statusunun alınmasında ilkin sənədləşdirilmələrdə yardımların göstərilməsidir.
"Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Qarabağ müharibəsi iştirakçılarından veteran statusu ala bilməyənlərin müəyyənləşdirilməsi, bu insanların veteran statusu alması üçün müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi və lazımi hallarda məhkəmələrə müraciət olunması, veteranların işləri ilə bağlı aidiyyatı qurumlarlarla görüşlərin keçirilməsinə çalışacaq.
Bölməyə aid digər xəbərlər