13:08 / 03-07-2025
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
12:52 / 03-07-2025
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib) - Fotolar
12:41 / 03-07-2025
Ərdoğan sabah Xankəndiyə gələcək
12:32 / 03-07-2025
Tramp və Zelenski Ukraynaya yardımın dayandırılmasını müzakirə edəcəklər
12:28 / 03-07-2025
Sabahın hava proqnozu açıqlanıb
12:25 / 03-07-2025
Özbəkistan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
12:22 / 03-07-2025
"Abbasın xanımı şərt qoyub ki, onu bağışlasan, səndən boşanacağam"
12:13 / 03-07-2025
İran qarşı təhlükəli planı reallaşdırmaq istəyirlər - Foto
11:59 / 03-07-2025
Jurnalist Günel Hacı müdir müavini təyin olunub
11:58 / 03-07-2025
İki ölkə nüvə stansiyalarını təcili bağlayıb
11:30 / 03-07-2025
Şahbuzda 69 yaşlı yaşlı qadın göldə boğulub
11:04 / 03-07-2025
Yaponiyada böyük fəlakət xəbərdarlığı: 298 min insan həyatını itirə bilər
10:56 / 03-07-2025
İyulun 6-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
10:36 / 03-07-2025
Əliyevlə Paşinyanın Dubayda görüşü planlaşdırılır
10:32 / 03-07-2025
“İçərişəhər” Dövlət-Tarix-Memarlıq Qoruğu İdarəsinin tenderi ləğv edilib
10:27 / 03-07-2025
Dövlət büdcəsinin gəlirləri artıb
10:19 / 03-07-2025
Hindistanda təbii fəlakət: 50-dən çox insan ölüb
10:00 / 03-07-2025
Avropa İttifaqı Çinə sərt xəbərdarlıq edib
09:59 / 03-07-2025
"Lazurit" nəqliyyat dəhlizinin inkişafı müzakirə olunub
09:44 / 03-07-2025
Bir qrup şəxsin aylıq müavinəti dayandırılıb
09:22 / 03-07-2025
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlir
09:11 / 03-07-2025
İki qəsəbədə qaz təchizatı dayandırılacaq
09:07 / 03-07-2025
Rusiya üzərində 69 PUA vurulub
08:22 / 03-07-2025
Meladzenin Yurmala konsertində qalmaqal olub
08:12 / 03-07-2025
Marsın səhraya çevrilməsinə səbəb nədir?
08:08 / 03-07-2025
Bali sahillərində bərə batıb
08:03 / 03-07-2025
Odessada partlayışlar baş verib
07:59 / 03-07-2025
ABŞ-la hərbi ittifaqda, Rusiya ilə praqmatik münasibətdə
07:53 / 03-07-2025
Tramp Ukrayna ilə bağlı hansı addımı atacaq?
22:44 / 02-07-2025
Ayxan Cavadov Avropa çempionu olub
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

00:40 / 29-06-2025

21:41 / 28-06-2025

14:15 / 30-06-2025

Çingiz Abdullayevin məqaləsi nüfuzlu İtaliya qəzetində
Tarix: 20-05-2020 22:39 | Bölmə: Xəbərlər

Professor Çingiz Abdullayevin məqaləsi İtaliyanın nüfuzlu “Faro di Roma” onlayn qəzetində dərc olunub.
Məqalənin dərci ilə bağlı təşəbbüs Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən gəlib.
Məqalə “Prego Dio per la salvezza dal coronavirus che ha colpito l’Italia”. I ricordi dello scrittore azero Chinghiz Abdullayev e la sua vicinanza all’Italia” sərlövhəsi ilə yayımlanıb.
Reyting.az Çingiz Abdullayevin sözügedən məqaləsini Azərbaycan dilində təqdim edir:
“1991-ci ildə İtaliyaya üçüncü səfərim idi. Breşia vilayətinin Gavardo şəhərində keçirilən “Xoro La Faita” qrupunun 25 illik yubileyinə mən də dəvətli idim.
Bu qrup Bakıda “Xarı Bülbül” Festivalının iştirakçısı olmuşdu.
Almaniyanın Düsseldorf şəhərindən Moskvaya, oradan da təyyarə ilə Milana uçdum. Dostlar bizi qarşılayaraq, Gavardo şəhərindəki “Hotel Corona”da yerləşdirdilər.
Xatirimdədir, yubiley ərəfəsində dostlar qonaqları Gavardo ətrafında təbiət mənzərələri ilə tanış edir, kafelərdə italyan yeməklərinə qonaq edirdilər. Məni müşayiət edən xorun üzvlərindən birinin oğlunun adı Luka idi. Çox mehriban və istiqanlı əsl italyan ailəsi ilə rastlaşmışdım. Bu ərəfədə xor üzvləri hər gün axşam bizi növbə ilə evlərinə qonaq çağırar, özəl şərablarını qədəhlərə süzərdilər.
Beləcə, günlər maraqla keçir, mən isə sanki, hər yerdə olduğu kimi, Azərbaycanla bağlılıq axtarırdım. Bu arada, yaxınlıqdakı ticarət mərkəzində yerləşən xalça mağazasına daxil olub, xalçaları seyr etmək qərarına gəldim. “Azərbaycan Carpet” yazısını görəndə ürəyim dağa döndü. Sanki doğma bir guşədə özümü hiss etdim.
Ertəsi gün xor üzvü, “Bresia” qəzetinin jurnalisti Marsello Zanne “İl Çiarno” mətbuat orqanının nümayəndəsi, məşhur jurnalist Luici Vismara ilə görüşümü təşkil etdi.
Əlbəttə, müxtəlif sahələri əhatə edən söhbətimiz Qarabağ mövzusu ətrafında müzakirə ilə yekunlaşdı.
Axşam isə möhtəşəm konsertlə davam edən bayram şənliyi şəhər sakinləri və qonaqlar üçün yubiley hədiyyəsi idi.
Xorun rəhbəri Valerio Bertoletti və xanımının təşəbbüsü ilə bizi Milan yaxınlığındakı “San Siro” geyim fabrikinə dəvət etdilər. Orada mənə iki pencək və cins şalvar hədiyyə etdilər.
Açıq qırmızı rəngli pencəyi 15 ildən çox geyindim.
Ertəsi gün bizi Venesiyaya – azad quşların meydanına və məşhur Venesiya şüşələri düzəldilən adaya gəzintiyə apardılar.
Həftə ərzində italyanların isti münasibəti, qonaqpərvərlikləri, adlarını çəkmədiyim dostlarımın mehriban münasibətləri məni heyran etmişdi.
Zaman keçdi. İtaliya ilə bağlı bir başqa heyranlığım Pozitano şəhərindən olan professor Romolo Ercolinonun xanımı ilə tanışlıqdan sonra daha da dərinləşdi.
2005-ci ildə Bakıya yazıçı Məhəmməd Əsəd bəyin 100 illik yubileyi keçirildi.
Onun göz yaşları ilə danışdığı xatirələr yubiley iştirakçılarını mat qoymuşdu. Beş-altı yaşında olanda evlərində gizlənən bakılı yazıçının acı taleyinin daim onun xatirində olduğunu gördük.
Müharibə zamanı atasının komendant olduğu şəhərdə evlərində bakılı yazıçını gizlətmələri humanizm keyfiyyəti ilə ölçülən dəyərdir.
Məhəmməd Əsəd Bəyin 1942-ci ildə vəfatından illər sonra, Pozitanoda “Əli və Nino” romanına görə dünyada məşhur simaya çevrilməsi acı taleyinin nəticəsi və professor Romolo Ercolinonun qisməti imiş.
Sonralar professor Romolo Ercolino mənə ünvanladığı məktublarda və yazdığı “ESSAD BEY scrittore Azerbaigiano a Positano” kitabında öz xatirələrini ictimaiyyətə çatdıraraq, xeyirxahlıq nümunəsi ortaya qoymuş oldu.
2016-cı ildə Roma Papası Fransiskə Bakıya səfərindən sonra ünvanladığım məktubda “Sizin növbəti sülh çağırışınız sərhəd və sədlərin aradan qaldırılmasına, xalqların isə azad, dost və qonşuluq şəraitində yaşamasına xidmət edərsə” çağırışım sanki bu günü duyaraq, həssas dövrdə sağlam həyata səslənən bir ricam idi.
Çox qəribə də olsa, bu günlərdə - məqaləni yazdığım ərəfədə yubileylə əlaqədar mənə hədiyyə olunan italyan rəssamın əsəri evimizin yaraşığına çevrildi.
İstər Palermodan Romaya 1989-cu ildə qatarla gələndə yer verdiyim italyan ailəsi, istər 2013-cü ildə ailəmlə birlikdə Vatikana səfərimdə gördüklərim, istər Gavardo şəhərindəki dostlar, istərsə də professor Romolo Ercolino, eləcə də, Pozitano və Napoli sakinləri, istər 2015-ci ildə italyan dilində yazdığım “Asad Bey in İtaly” kitabımın ön söz yazarı Luici Skrinzinin, məni Marco Poloya bənzədən rəyçi Allesandro Casotto, “Xoro La Faita”nın üzvü Antoni Bordinin, nəşriyyatçı Sandro Teti və xanımının bəşəriyyətin tarixi və mədəniyyət beşiyi olan İtaliya üzərindəki “Corono Virus” hücumundan sağ qalmalarını Ulu Tanrıdan arzulayıram.
Dost həyəcanı ilə
Professor Çingiz Abdullayev”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:41
Ərdoğan sabah Xankəndiyə gələcək
Bu gün, 11:58
İki ölkə nüvə stansiyalarını təcili bağlayıb
Bu gün, 11:30
Şahbuzda 69 yaşlı yaşlı qadın göldə boğulub
Bu gün, 09:44
Bir qrup şəxsin aylıq müavinəti dayandırılıb
Bu gün, 09:11
İki qəsəbədə qaz təchizatı dayandırılacaq
Bu gün, 08:08
Bali sahillərində bərə batıb
Bu gün, 08:03
Odessada partlayışlar baş verib
Dünən, 21:11
Göygöldə təcili tibbi yardım briqadasına hücum olub
Dünən, 18:32
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Dünən, 11:35
Milli Məclis daha bir bəyanat yayıb
Dünən, 10:40
Baş Prokurorluda istintaq qrupu yaradılıb
Dünən, 10:30
Reyestrdən keçməyən media subyektləri cərimələnəcək
Dünən, 09:38
Erkən nikahların qarşısının alınmasında ailənin rolu
Dünən, 07:59
Tramp jurnalistdən qeyri-adi xahiş edib
1-07-2025, 22:54
Sumqayıtda qadın bıçaqlanıb
1-07-2025, 18:26
Nəhəng ekzoplanetin görüntüsünü əldə ediblər - Fotolar
1-07-2025, 15:10
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
1-07-2025, 12:10
İran nüvə danışıqları üçün şərtlər irəli sürür
1-07-2025, 10:21
17 yaşlı oğlan Qarabağ kanalında batıb
1-07-2025, 07:59
Akula yeniyetməyə hücum edib
1-07-2025, 07:43
“Rusiya İmperator Hərəkatı” qadağan edilə bilər
30-06-2025, 18:44
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
30-06-2025, 18:03
Daha 17 qanuna dəyişiklik edəcəklər
30-06-2025, 15:20
Dərmanların qiyməti yenidən tənzimlənib
30-06-2025, 14:26
Sabiq nazir təltif edilib
30-06-2025, 13:45
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
30-06-2025, 13:01
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
30-06-2025, 10:32
Şamaxıda kürəkən qayınatasını öldürüb
30-06-2025, 10:30
Dünyanın ən qədim piramidası tapılıb
30-06-2025, 09:35
Tanınmış vəkil ölkəsinə qayıda bilmir
30-06-2025, 09:07
Bakıda polisə bıçaq çıxaran şəxs zərərsizləşdirilib
30-06-2025, 08:06
Belqrad iflic vəziyyətindədir
29-06-2025, 20:43
Samuxda yaşlı qadın yandırılıb
29-06-2025, 08:30
Bu gün ikinci cəhd test imtahanıdır
27-06-2025, 23:20
XİN İran səfirindən təkzib tələb edir
27-06-2025, 09:33
Qaxda zəlzələ olub
26-06-2025, 16:17
Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
26-06-2025, 11:02
Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
26-06-2025, 09:25
Tarixi yanlışlıq - İbrahim Əliyev yazır
25-06-2025, 21:49
Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib
25-06-2025, 17:02
Trampla Zelenski Niderlandda görüşüblər
25-06-2025, 16:56
Qırğızıstanda parno saytlara giriş bloklanıb
25-06-2025, 16:20
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
25-06-2025, 15:40
“Pasportlar haqqında” qanun dəyişib
25-06-2025, 13:46
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib
25-06-2025, 12:38
“Bəs bizdə niyə atom bombası yoxdur?”
25-06-2025, 10:52
Agentlik sədrinə daha bir müavin təyin olunub
25-06-2025, 10:36
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib