Suriyada döyüşmək üçün rüşvət - Proses
Tarix: 26-05-2020 13:55 | Bölmə: Xəbərlər
Suriyada döyüşmək üçün rüşvət

Rusiya maraqlı bir məhkəmə prosesi ərəfəsindədir.

Reyting.az
"Kommersant"-a istinadla xəbər verir ki, işə Sankt-Peterburq Qarnizonu Hərbi Məhkəməsi baxır, lakin koronavirus pandemiyası səbəbindən iclaslar bir neçə dəfə təxirə salınıb.

Hazırda nəzarətdə saxlanılan mayor Zaikin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsində və 290-cı maddəsinin 5-ci hissəsinin “a” bəndində (“Bir qrup şəxs tərəfindən qabaqcadan qəsdən rüşvət vermə”) nəzərdə tutulmuş 5 cinayətdə ittiham olunur. Mayor Zaikin 3-cü dərəcəli kapitan Anton Danilovski tərəfindən böhtan atıldığını iddia edərək təqsirini boynuna almır. Etirafa imza atan Danilovski artıq məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun işinə xüsusi qaydada baxılıb.

İstintaq materiallarına görə, 2018-ci ilin əvvəlində Qərb Hərbi Dairəsinin (ZVO) zirehli texniki xidmətin baş zabiti, 3-cü dərəcəli kapitan Anton Danilovski və zenit-raket alayının (03216 saylı hərbi hissə) avtomobil xidmətinin rəisi, mayor Nikolay Zaikinə "layiqli hərbi kadrların seçilməsi" barədə göstəriş verilib. Həmin kadrlar Suriyaya ezam olunan şəxslərin siyahısına daxil edilməliymiş.

İstintaqın məlumatına görə, Zaikin hərbçilərin siyahılara daxil olması üçün rüşvət almaq qərarına gəlib və Danilovski ilə əlbir olub. Zaikin və Danilovski əsgərlərdən, çavuşlardan 15 min rubl, zabitlədən isə 50 min rubl rüşvət alaraq onların Suriyaya göndəriləcəyinə söz verib.

Mayın 29-da Suriyadakı müharibəyə göndərmək üçün hərbi qulluqçulardan rüşvət almaqda təqsirləndirilən mayor Nikolay Zaikinin işinə baxılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}