12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

“Qara dəlik” əxlaqı - Elçin Mirzəbəyli yazır
Tarix: 19-06-2021 15:56 | Bölmə: Xəbərlər

İki gündür sosial şəbəkələrin Azərbaycan seqmentində əziz həmkarımız, bacımız Fülya Öztürk haqqında çəkilən filmlə bağlı müzakirələri izləyirəm. Və... keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm.
Nə baş verir? Kimdir kiçicik bir minnətdarlıq jestinin ətrafında fırtına qoparanlar, miskin eqolarını milli qürur adına ictimai rəyə sırıyanlar? Məqsədləri nədir?
Bəlkə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində gerçəkləşən xəyallarımız, Şuşada Azərbaycan-Türkiyə müttəfiqlik Bəyənnaməsinin imzalanması kimlərinsə yuxularına haram qatıb?! Və xalqın qəzəbindən qorxub bəyannamənin əleyhinə çıxış edə bilməyənlər, indi məhv olmuş ümidlərinin qisasını ən çətin günlərdə bizimlə birlikdə olan, özünü təhlükəyə atan, səsimizi dünyaya duyuran Fülya Öztürkdən almağa çalışırlar?
Fülya Öztürk haqqında film çəkilir? Çox yaxşı! Bunu yalnız alqışlamaq lazımdır. Zənnimcə 44 günlük Vətən müharibəsi dövründə informasiya savaşında bizimlə yanaşı addımlayan, hətta bizdən dəfələrlə öndə olan qardaş ölkənin jurnalistləri haqqında ayrı-ayrılıqda sənədli filmlər çəkilməli, proqramlar hazırlanmalıdır və bu davamlı bir şəkildə həyata keçirilməlidir ki, sosial şəbəkələrdə Azərbaycan-Türkiyə birliyindən çat verənlər paramparça olsun, dişləri dillərini, barmaqlarını gəmirsin!
Qanmayanlar üçün
Fülya Öztürk haqq savaşımızda bizdən biri kimi mücadilə aparan Türkiyə mediasını simvolizə edən bir xanımdır. Tale elə gətirib ki, Gəncənin mənfur düşmən tərəfindən atəşə tutulduğu o müdhiş gecənin yaşantılarını ifadə etmək ona qismət olub. Bu həm də şans məsələsidir...
Hörmətsiz kimlər və kimsələr, Gəncəni alova və qana bürüyən o müdhiş gecəni, Fülya Östürkün fəryadımızı dünyaya hayqıran səsini, göz yaşlarını xatırlayın! Fülya dünyanın gözü qarşısında baş verən insanlıq faciəsinə ağı deyirdi... Xatırladınızmı? İndi ölüb yerə girin! Bu qədər də olmaz! Sizə kiçicik bir yaxşılığın qarşılığında həyatını belə qurban verməyə hazır olan Azərbaycan xalqının əvəzindən mühakimə yürütmək, qanınızdakı və əxlaqınızdakı çirkabı Azərbaycan-Türkiyə birliyinin üzərinə tökmək haqqını kimsə verməyib!

44 günlük Vətən müharibəsi dövründə Türkiyə mediasının bizə verdiyi dəstək, sadəcə, gördüyümüz, yaxud eşitdiklərimizdən ibarət deyil. Həm müharibə dövründə, həm də daha sonra ölkəmizə gələn əksər xarici media nümayəndələri, sözün bütün mənalarında Türkiyə üzərindən gəliblər. Biz informasiya müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Türkiyə mediasının dəstəyi sayəsində maneələri dəf etməyi bacarmışıq. Axı bütün bunlar 10 il, yaxud 20 il öncə baş verməyib, gözümüzün önündə cərəyan edib. O çətin və şərəfli günlərdə hara baxırdınız, gözünüz kimlərin “kanal”ında idi ki, gözə sıçrayan bu reallıqları görə bilməmisiniz?
Siz kor olmağa davam edin, Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı görür və ona bir misqal yaxşılıq edənləri də göz-bəbəyi kimi qorumağı, sevməyi bacarır.
...Hələ qarşıda görəcəyiniz günlər var, e... Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə media platforması bütün gücü ilə işə düşəcək, ortaq layihələr həyata keçiriləcək, ortaq media qurumları yaranacaq. İndidən və belə sıradanbir hadisədən çatlasanız çiliklənərsiniz. Çalışın, indi ortaya çıxan gerçək kimliyinizin bir parçasını da Azərbaycan-Türkiyə Media Platformasının tam gücü ilə fəaliyyətə başlayacağı günə saxlayın... O zaman Gəncəyə atılan erməni raketi kimi birdən partlayarsınız...
Anlayanlar üçün
Asi olmaq asandır, tapınmaq isə çətin - bu yanaşma son 30 ilin kataklizmlərindən, bir formasiyadan digərinə daşınan cəmiyyətin ziddiyyətlər dolanbacından keçən bir insanın heç vaxt dəyişməyəcək qənaətidir. Tapınmaq şükür etmək mərifəti, səbir, dözüm, dayanıqlılıq tələb edir, asilik isə miskin bir təkəbbürün bütün mümkün vasitələrlə ətrafa nümayiş etdirilməsinə xidmət edən, natamamlıqdan doğan inkarçılıqdır. Tanrıya tapınmaq, şükran olmaq, minnətdar olmağı bacarmaq insan əxlaqının, mənəviyyatının, dünyagörüşünün zirvəsidir.
Ən kiçicik bir xeyirxahlığa görə bu və ya digər şəxsə minnnətdar olmağı bacarmayan, yaxud minnətdarlığı “qürurun aşağılanması” kimi qəbul edərək təkəbbürünün dar çərçivəsindən çıxa bilməyənlər heç vaxt Tanrıya verdiyi nemətlərə görə şükran ola bilməzlər. Çünki minnətdarlıq bacarığı, şükranlıq bütöv bir anlayışdır və heç bir halda ayrı-ayrı şəxslərə münasibətdə fərqli formalarda təzahür edə bilməz. Əgər edirsə, deməli, ortalıqda yeni umacaq, məkr və hiylə var...
Elə insanlar var ki, qəlbləri və təfəkkürləri məchul “qara dəlik” kimidir. Belələri Tanrının vəsilə olduğu yaxşılıqları, xeyirxahlıqları, nəcib əməlləri udur, yenisini umur və sanki, belə olmalıymış kimi “yollarına” davam edirlər. Əvəzində isə nəinki cəmiyyətə, heç öz yaxınlarına belə heç nə vermirlər. Bir xoş sözü, xəfif təbəssümü belə başqalarına qıymır, işıq udur, qaranlıq paylayırlar.
Xeyirlə Şərin, işıqla qaranlığın mücadiləsinin yaşını kimsə bilmir. Lakin bu əbədi mücadilənin, savaşın içərisində belə bəşəriyyətin mövcudluğunu qoruyub saxlayan, Tanrının düzənlədiyi və bir kimsənin poza bilməyəcəyi ilahi harmoniya var. Hətta bətnindən zülmətlər doğuran milyonlar belə Azərbaycan və Türkiyənin də içində yer aldığı bu düzəni poza bilməzlər. Yalnız özlərinə zülm edə bilərlər.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
Bu gün, 12:08
Əli Əsədov Qırğızıstana gedib
Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub