İlham Əliyev: “Qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək”
Tarix: 17-10-2016 18:09 | Bölmə: Gündəm


"Azərbaycanın enerji siyasəti dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatı yaradıb genişləndiririk”.

Bunu bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı da ciddi addımlar atılır:

"Yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətli olacaq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır: "Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: "Bütün layihələrimiz əməkdaşlığa hesablanıb. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarını təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı mühüm əhəmiyyət daşıyır”. APA





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}