İlham Əliyev nazirliklə bağlı sərəncam imzalayıb
Tarix: 02-02-2017 10:48 | Bölmə: Gündəm

Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara alınıb:

"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711, № 10, maddə 1653) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri:

Azərbaycan Respublikasının vergilər naziri.

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}