Prezident məcburi köçkünlərə bağlı sərəncam verib
Tarix: 16-03-2017 18:58 | Bölmə: Gündəm


Prezident İlham Əliyev "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamını ləğv edib.

Bununla bağlı verilən sərəncama əsasən, "Məcburi köçkünlər vəonlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğun olaraq qərar verilib:

"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 115) ləğv edilsin.

****

Prezidentin digər sərəncamı ilə "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanını "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə də belə qərar verilib:

"Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 759; 2002, № 12, maddə 728; 2003, № 8, maddə 438, № 9, maddə 472; 2005, № 3, maddə 162, № 5, maddə 399, № 7, maddə 593, № 8, maddə 714; 2006, № 2, maddə 90, № 3, maddə 227; 2007, № 1, maddə 7; 2008, № 5, maddə 373) 1-ci hissəsinin yeddinci abzasından ", məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara” sözləri çıxarılsın.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}