Ulduz futbolçu milli komandadan qovulub - Səbəb
Tarix: 18-06-2018 23:45 | Bölmə: Xəbərlər
Ulduz futbolçu milli komandadan qovulub

Xorvatiya yığmasının hücumçusu Nikola Kaniliç millidən qovulub.

Xarici KİV-lər xəbər verir ki, buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışıdır.

Məlumata görə, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəzləyib.

Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçunun artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıtdığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}