Bakıya 150 ölkədən nümayəndə gələcək
Tarix: 13-09-2018 14:59 | Bölmə: Xəbərlər
Bakıya 150 ölkədən nümayəndə gələcək

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 21-də keçiriləcək.

Məlumata görə, iclasla bağlı hazırlıq işləri davam etdirilir. Yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq. Bu ölkələrdən 14-ü parlament sədri, 13-ü sədr müavinləri, 11 ölkə isə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq.

Tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.

Qeyd edək ki, təntənəli yubiley tədbirinin Milli Məclisdə keçirilməsi nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər